“Barselona”nın və Kamerun millisinin sabiq hücumçusu, hazırda ölkəsinin Futbol Federasiyasına rəhbərlik edən Samuel Eto FIFA U-15 dünya çempionatı və festivalı ilə əlaqədar Bakıya gəlib.
İdman.Biz Kamerun mediasına istinadən xəbər verir ki, əfsanəvi futbolçu dünya çempionatı zamanı gənc oyunçulara dəstək olmaq məqsədilə Kamerunun yeniyetmələrdən ibarət milli komandasını ziyarət edib.
Bundan başqa, “Real Madrid”in və Fransa millisinin sabiq yarımmüdafiəçisi Lassana Diarra da Bakıya gəlib.
Xatırladaq ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 24-dən 30-dək Azərbaycanın paytaxtında keçirilir.
