Qazaxıstanlı məşqçidən etiraf: “Qarabağ” başqa səviyyədir” - FOTO

10 Mart 2026 11:14
73
Qazaxıstanlı məşqçidən etiraf: “Qarabağ” başqa səviyyədir” - FOTO

Qazaxıstanın “AKAS” futbol klubunun baş məşqçisi Dövran Kencaxunov “Qarabağ”da keçdiyi təcrübə proqramı barədə təəssüratlarını bölüşüb.

İdman.Biz Qazaxıstan mediasına istinadla xəbər verir ki, 34 yaşlı mütəxəssis Ağdam təmsilçisinin uğurlarının təsadüf olmadığını və klubun tam fərqli bir səviyyədə fəaliyyət göstərdiyini vurğulayıb.

Qazaxıstanlı məşqçi bir aylıq staj müddətində klubun daxili strukturu ilə yaxından tanış olub.

Kencaxunov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən və ona yaradılan şəraitdən razılığını bildirib:

“Qurban Qurbanovla tanışlıq rəsmi və sakit atmosferdə keçdi. O, lider enerjisi olan çox ciddi bir insandır. Məlum oldu ki, o, Almatı şəhərini və hətta Qazaxıstan Premyer Liqası klublarını yaxşı tanıyır. Qurban müəllim mənə məşq prosesinə, qərargahın işinə və adətən kənar şəxslər üçün bağlı olan nəzəriyyə dərslərinə tam giriş imkanı yaratdı”.

Qazaxıstanlı mütəxəssis “Qarabağ”ın Avropa arenalarındakı çıxışını sistemli işin bəhrəsi kimi qiymətləndirib:

“Hər halda, “Qarabağ” həqiqətən başqa bir səviyyədir. Hər şeyi daxildən görəndə onların necə belə yüksəkliklərə çatdıqlarını və Çempionlar Liqasının pley-off mərhələsində niyə mübarizə apardıqlarını anlayırsan. Bu, bəxtin gətirdiyi hal deyil, uzunmüddətli sistemli işin nəticəsidir”.

İdman.Biz