"Turan Tovuz"un qapıçısı Sergey Samok Azərbaycan Premyer Liqasında özünəməxsus bir uğura imza atıb.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Rusiyalı qolkiper çempionatda meydana çıxdığı son səkkiz qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
Samokun bu uğurlu seriyası cari mövsüm və ötən çempionatın son turlarını əhatə edir. "Neftçi" ilə keçirilən son tur matçında (1:0) da rəqib hücumçularına imkan verməyən təcrübəli qapıçı, bu mövsüm çıxdığı altı görüşün hamısını qol buraxmadan başa vurub.
Ümumilikdə 778 dəqiqədir ki, qapısında top görməyən Samok, sonuncu dəfə ötən mövsüm - 2025-ci ilin mayında keçirilən "Neftçi" ilə oyunda (1:2) topu qapısında görmüşdü.
Həmin matçın 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu qoldan sonra qapıçı öz qapısına "kilid" vurub.
