Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki oyunu keçiriləcək

Xəbərlər
27 Noyabr 2025 10:44
154
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki oyunu keçiriləcək

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının IV turu çərçivəsində iki oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, ilk qarşılaşmada “Neftçi” komandası “Xilasedici”ni qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Günün ikinci görüşündə isə “Ordu” və “Azərreyl” üz-üzə gələcək. Bu matça saat 18:00-da start veriləcək.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq.

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.

İdman.Biz