Azərbaycan Yüksək Liqası: UNEC “Murov Az Terminal”a qalib gəlib - YENİLƏNİB

Xəbərlər
25 Noyabr 2025 19:41
184
Azərbaycan Yüksək Liqası: UNEC “Murov Az Terminal”a qalib gəlib - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, “Murov Az Terminal” UNEC-lə qarşılaşıb.

“Murov Az Terminal”ın idman zalında baş tutan matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun ötən gün baş tutan matçında “Milli Aviasiya Akademiyası” “Azərreyl”i məğlub edib - 3:2.

Tura noyabrın 26-da yekun vurulacaq.

10:21

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti matçı keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Murov Az Terminal” UNEC ilə qarşılaşacaq.

Görüş “Murov Az Terminal”ın idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun ötən gün baş tutan oyununda “Milli Aviasiya Akademiyası” “Azərreyl”ə qalib gəlib - 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.

İdman.Biz