“Karvan-Yevlax”ı sonuncu pilləyə salan baş məşqçi istefa edib?

Xəbərlər
24 Noyabr 2025 10:55
27
“Karvan-Yevlax”ı sonuncu pilləyə salan baş məşqçi istefa edib?

Misli Premyer Liqasında daha bir istefa reallaşıb.

İdman.Biz bizim.media-a istinadən xəbər verir ki, XII turdakı ev oyununda “Kəpəz”ə 1:2 hesabı ilə uduzaraq sonuncu pilləyə düşən “Karvan-Yevlax” baş məşqçisi ilə yollarını ayırıb.

12 oyunda 5 xal toplanılmasını Azər Həşimova bağışlamayıblar.

Mövsümün əvvəlində baş məşqçi postuna təyinat alan elitanın debütantı uğursuzluqda əsas günahkar bilinərək yola salınıb.

Bölgə təmsilçisi ayrılığı bu gün rəsmən açıqlayacaq. Komandanın yeni baş məşqçisinin adına da gün ərzində aydınlıq gələcək.

İdman.Biz