“Düşünürəm ki, o, bu çempionatın kəşfi oldu” - Taleh Məmmədovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
10 Yanvar 2026 16:20
290
“Düşünürəm ki, o, bu çempionatın kəşfi oldu” - Taleh Məmmədovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Bakı İdman Sarayında təşkil edilən güləş üzrə Azərbaycan çempionatında Yunan-roma üslubu üzrə güləşən idmançıların yarışı başa çatıb.

Azərbaycanın tanınmış Yunan-roma güləşçisi, ötən il çıxışlarını başa vurmuş Taleh Məmmədov çempionatın gedişini maraqla izləyib.

İdman.Biz idmançıya ən çox diqqətini çəkən güləşçilər və bu çempionatın "kəşfi” barədə sual verib.

“Bu çempionat yalnız yüksək təşkilatçılığı ilə deyil, həm də maraqlı qarşılaşmaları və yeni adlarla yadda qaldı. Mən kiçik yaş qruplarında dünya və Avropa çempionu olan 18 yaşlı Ayxan Cavadovun çıxışını yüksək qiymətləndirirəm. O, böyüklər arasında ilk dəfə çıxış etməsinə baxmayaraq, möhtəşəm idi və onu həqiqi çempionatın kəşfi adlandırmaq olar!

Həmçinin, Elmir Əliyev (55 kq), Fərid Xəlilov (67 kq) və Fəraim Mustafayev (72 kq) də yaxşı çıxış etdilər. Sevindiricidir ki, bəzi çəki dərəcələrində artıq iki rəqabətqabiliyyətli güləşçimiz var ki, bu da yığma komanda üçün çox faydalıdır, məşqçilərin ciddi beynəlxalq yarışlar ərəfəsində zədələnmə halında dəyişiklik etməsi asan olur”, - deyə Taleh Məmmədov bildirib.

İdman.Biz