İspaniya La Liqasının 19-cu turunun “Valensiya” və “Elçe” komandaları arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Elçe”nin yarımmüdafiəçisi Qreydi Dianqana oyunun ilk qolunu 75-ci dəqiqədə vurub. 88-ci dəqiqədə “Valensiya”nın yarımmüdafiəçisi Pepelu penaltidən hesabı bərabərləşdirib.
La Liqada 19 oyundan sonra “Valensiya” 17 xalla turnir cədvəlində 18-ci yerdədir. “Elçe” 23 xalla doqquzuncudur.
Növbəti turda “Elçe” 19 yanvarda evdə “Sevilya”, “Valensiya” isə bir gün əvvəl səfərdə “Xetafe” ilə qarşılaşacaq.
00:08
İspaniya La Liqasının 19-cu turunun “Jirona” və “Osasuna” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Munisipal de Montilivi” (Jirona) stadionunda qarşılaşıblar.
Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Yeganə qolu 44-cü dəqiqədə Vladislav Vanat vurub.
21:22
İspaniya La Liqasının 19-cu turunun “Vilyarreal” və “Alaves” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Estadio Céramica” stadionunda (Vilyarreal) oynadılar. Ev sahibi komanda 3:1 hesablı qələbə qazanıb.
“Vilyarreal”ın hücumçusu Alberto Moleiro matçın ilk qolunu 49-cu dəqiqədə vurdu. Altı dəqiqə sonra Xerar Moreno komandasının üstünlüyünü ikiqat artırıb. 75-ci dəqiqədə hücumçu Jorj Mikautadze “Alaves”in qapısına üçüncü qolu vurub. Yeddi dəqiqə sonra Antonio Martinez cavab qolu ilə yekun hesabı təsdiqləyib.
18 La Liqa oyunundan sonra “Vilyarreal”ın 41 xalı var və turnir cədvəlində üçüncü yerdədir. “Alaves” 19 oyundan sonra 19 xala malikdir və 15-ci yerdədir.
19:17
İspaniya La Liqasının 19-cu turunda keçirilən “Ovyedo” və “Betis” komandaları arasında oyun başa çatıb. Komandalar Ovyedo şəhərindəki “Nuevo Carlos Tartiere” stadionunda qarşılaşıblar.
İdman.Biz bildirir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçın ilk qolunu 64-cü dəqiqədə “Ovyedo”nun hücumçusu İlyas Şair vurub, 83-cü dəqiqədə isə “Betis”in yarımmüdafiəçisi Covani Lo Çelso hesabı bərabərləşdirib.
