Kaxaber Tsxadadze: “Qələbə qazansaq da, çox səhvlərə yol verdik”

Xəbərlər
10 Yanvar 2026 22:48
63
Kaxaber Tsxadadze: “Qələbə qazansaq da, çox səhvlərə yol verdik”

“Təlim-məşq toplanışına böyük yükləmələrlə başlamışıq”.

İdman.Biz bildirir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Kəpəz”lə yoxlama oyunundan (3:1) sonra klubun mətbuat xidmətinə bildirib.

“Bu gün ilk yoxlama oyunumuzu keçirdik. Qələbə qazansaq da, çox səhvlərə yol verdik. Aydın məsələdir ki, ilk oyun idi. Hesab edirəm ki, daha yaxşı oyun nümayiş etdirməliyik. Hamının vaxtı azdır. Çempionatın başlamasına 2 həftə qalır. Həm fiziki, həm də oyun kondinsiyalarımızı tez bərpa etməliyik. Daha iki yoxlama oyunumuz olacaq. Yanvarın 14-də “Araz-Naxçıvan” və 18-də “Baku Sportinq”lə qarşılaşacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - baş məşqçi deyib.

İdman.Biz