A Seriyası: “Atalanta” “Torino”nu məğlub edib - YENİLƏNİB + VİDEO

Xəbərlər
11 Yanvar 2026 01:53
74
A Seriyası: “Atalanta” “Torino”nu məğlub edib - YENİLƏNİB + VİDEO

İtaliya A Seriyası mövsümünün 20-ci turunda “Atalanta” və “Torino” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar İtaliyanın Berqamo şəhərindəki “Stadio Jewiss - Atleti Azzurri d'Italia” stadionunda oynayıblar.

Meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

Matçın ilk qolunu Şarl De Ketelaere vurub. Belçikalı yarımmüdafiəçi 13-cü dəqiqədə meydan sahiblərinin hesabda irəli çıxmasını təmin edib. Mario Paşaliç 90+5-ci dəqiqədə “Atalanta”nın ikinci qolunu vurub.

23:59

İtaliya A Seriyasının 20-ci turunda "Roma" evdə “Sassuolo”nu 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Manu Kone 76-cı dəqiqədə hesabı açıb. Üç dəqiqə sonra Matias Soule "Roma"nın fərqini ikiqat artırıb.

“Roma” (39 xal) A Seriyasında üçüncü yerə yüksəlib. “Sassuolo” (23 xal) turnir cədvəlində 12-ci yerdədir.

21:38

İtaliya A Seriyasının 20-ci turunda “Komo” evdə “Bolonya” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, qonaqların hücumçusu Nikolo Kambiagi 49-cu dəqiqədə hesabı açıb. O, 11 dəqiqə sonra meydandan qovuldu və komandasını on nəfərlə tərk edib.

Martin Baturinanın 90+4-cü dəqiqədəki qolu ev sahibi komandaya heç-heçəni təmin edib.

“Bolonya” (27 xal) A Seriyasında səkkizinci yerdədir. “Komo” (34 xal) turnir cədvəlində altıncı yerdədir. Sesk Fabreqasın komandasının üç oyunluq qələbə seriyası başa çatıb.

Paralel matçda “Udineze” və “Piza” 2:2 hesablı heç-heçə ediblər.

İdman.Biz