“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkuboku finalından əvvəl komanda ilə birlikdə məşq edib.
İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən məlumat verir. Oyun yanvarın 11-də keçiriləcək.
Xatırladaq ki, turnir Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir. Fransız futbolçu əvvəllər komanda ilə Yaxın Şərqə səfər etmişdi, lakin sol dizindəki burxulma səbəbindən “Atletiko Madrid”ə qarşı Superkubok yarımfinalını (2:1) buraxmışdı.
Mbappe 2024-cü ilin yayından bəri “Real Madrid”də oynayır. Bu günə qədər o, Madrid komandasında 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
