Yamal La Liqada Messi, Qodin və Mbappenin nailiyyətlərini təkrarlayıb

Xəbərlər
11 Yanvar 2026 09:08
46
Yamal La Liqada Messi, Qodin və Mbappenin nailiyyətlərini təkrarlayıb

Xəbər verildiyi kimi, “Barselona”nın cinah oyunçusu Lamin Yamal dekabr ayı üçün La Liqanın ən yaxşı oyunçusu seçilib.

İdman.Biz xəbər verir ki, bununla 18 yaşlı ispaniyalı futbolçu ardıcıl ikinci dəfə La Liqada ayın oyunçusu olub.

Bu uğura əvvəllər yalnız “Barselona”nın keçmiş hücumçusu Lionel Messi, “Atletiko Madrid” və “Vilyarreal”ın keçmiş müdafiəçisi Dieqo Qodin və “Real Madrid”in hazırkı hücumçusu Kilian Mbappe nail olub. Bu barədə “Livescore” məlumat verib.

Mənbənin məlumatına görə, ardıcıl ikinci dəfə La Liqanın ayın oyunçusu seçilən Yamal mükafat tarixində iki ay ərzində bunu edən dördüncü oyunçudur. Qodin mükafatı 2014-cü ilin aprel və may aylarında, Messi isə 2018-ci ilin aprel və sentyabr aylarında qazanıb. Mbappe bu mövsüm ardıcıl iki dəfə ayın oyunçusu seçilərək 2025-ci ilin sentyabr və oktyabr aylarında qalib gəlib.

Bu mükafat 2013-cü ilin sentyabr ayından bəri təqdim olunur. Onun ilk sahibi o vaxtlar “Atletiko Madrid”də oynayan hücumçu Dieqo Kosta olub.

İdman.Biz