Bu gün İspaniya Superkubokunun finalında “Real Madrid” “Barselona” ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, “Real”ın baş məşqçi Xabi Alonso hücum xəttində rotasiya etməyə qərar verib.
Madrid təmsilçisinin hücumçusu Qonsalo Qarsiya start heyətində meydana çıxacaq, Kilian Mbappe isə bu oyuna ehtiyat oyunçular skamyasından başlayacaq.
Mbappenin ehtiyatda qalması həm taktiki seçim, həm də oyun qrafiki ilə bağlı yüklənmənin balanslaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, Qonsalo Qarsiya son turlarda göstərdiyi məhsuldar oyunla məşqçilər korpusunun etimadını qazanıb və bu dəfə də əsas heyətdə yer alaraq komandanın hücum yükünü daşıyacaq. Mbappe isə oyunun gedişinə görə sonradan meydana buraxıla bilər.
