Güləş üzrə Azərbaycan çempionatında ilk çempionlar müəyyənləşib - YENİLƏNİB + FOTO/VİDEO

Xəbərlər
8 Yanvar 2026 21:01
184
Güləş üzrə Azərbaycan çempionatında ilk çempionlar müəyyənləşib

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.

İdman.Biz xəbər verir ki,ikinci yarış günündə yunan-Roma güləşi üzrə bir neçə çəki dərəcəsində çempionlar məlum olub.

Ən maraqlı qarşılaşma 97 kq çəki dərəcəsində alınıb. Belə ki, “Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və

Murad Əhmədiyev qardaşları finalda rastlaşıblar. Qarşılaşmadan Murad Əhmədiyev qalib çıxıb.

55 kq-da Elmir Əliyev Azərbaycan çempionu adını qazanıb.

63 kq-da Sakit Quliyev digər idmançılardan güclü olub.

Fəraim Mustafayev 72 kq-da Azərbaycan çempionu adına layiq görülüb.

Və nəhayət 82 kq-da Azərbaycan çempionu adını Tuncay Vəzirzadə qazanıb.

19:07

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 77, 87 və 97 kq-da finalçılar müəyyənləşib.

60 kq
Ziyad Zeynalov (Neftçi) – Ayxan Cavadov (Abşeron, DİN)

67 kq
Məhəmməd Şükürzadə (MOİK, Lənkəran) – Fərid Xəlilov (Sumqayıt, "Neftçi")

77 kq
Sənan Süleymanov (Neftçi) – Rəvan Nuriyev (Sumqayıt-Təhsil, "Neftçi")

87 kq
İslam Abbasov (Neftçi) – Laçın Vəliyev (Neftçi)

130 kq
Beka Kandelaki (Neftçi) – Sərxan Məmmədov (Neftçi)

Qeyd edək ki, sabah bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 kq-da mübarizəyə start veriləcək.

15:57

Güləş üzrə Azərbaycan çempionatında maraqlı final qarşılaşması olacaq.

İdman.Biz xəbər verir ki, “Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları yunan-Roma güləşi üzrə yarışda 97 kiloqram çəkidə finala vəsiqə qazanıblar.

Onlar bu gün keçirilən final qarşılaşmasında üz-üzə gələcəklər.

97 kq

Məhəmməd Əhmədiyev (“Neftçi”) - Murad Əhmədiyev (“Neftçi”).

Qeyd edək ki, medal qarşılaşmaları 18:00-dan etibarən start götürəcək.

İdman.Biz