“Real Madrid”in müdafiəçisi Dani Karvahal “Barselona” ilə İspaniya Superkuboku finalından əvvəl danışıb.
İdman.Biz bildirir ki, oyun bu gün keçiriləcək.
“Bizim üçün vacib bir gündür; biz bu titulu evə aparmaq istəyirik. Şəxsən mənim üçün klub tarixində Luka Modriçin ən çox titul qazanma rekorduna çatmaq da vacibdir. Komanda ilin sonunda ən yaxşı oyununu göstərə bilmirdi. Həmçinin çoxsaylı zədələr də bizə mane oldu. Milad tətili hamımız üçün yaxşı keçdi.
Xabini (Alonsonu) sakit, aydın vizyonlu biri kimi görürəm. Əlbəttə ki, nəticələr əldə olunmadıqda, həmişə çoxlu səs-küy olur. Amma biz onun üçün canımızı verəcəyik”, - deyə AS Karvahaldan sitat gətirir.
“Barselona” hazırkı İspaniya Superkubokunun sahibidir. Onlar 2025-ci il finalında “Real Madrid”i 5:2 hesabı ilə məğlub edbilər.
