İdman.Biz-in ağır atletika üzrə dünya çempionu və üçqat Avropa çempionu Hafiz Süleymanovla müsahibəsi idman ictimaiyyətində geniş rezonans doğurub.
Ölkə yığmasının sabiq baş məşqçisi Vahid Nəzərov redaksiyamıza müraciət edərək keçmiş ağır atletin verdiyi bəzi açıqlamaların həqiqətə uyğun olmadığını bildirib.
Vahid Nəzərovun sözlərinə görə, Hafiz Süleymanov 1998-ci ildə Türkiyə adından çıxış etdiyi dövrdə federasiyanın o zamankı prezidenti Cahangir Əsgərovun onu Bakıya dəvət etməsi barədə dediklərində yalan danışıb:
"Hafiz utanmadan yalan danışır ki, federasiyamızın keçmiş prezidenti Cahangir Əsgərov 1998-ci ildə, Süleymanovun Türkiyəni təmsil etdiyi yarışlarda onunla görüşəndə onu Azərbaycana çıxış etmək üçün Bakıya dəvət edib. Sonra da deyir ki, guya mən ona kömək edəcəyimə və Azərbaycan adından çıxış etməsi üçün Cahangir müəllimlə əlaqə yaratmağa söz vermişəm. Belə bir şey olmayıb, çünki Cahangir müəllim onu çağırmayıb! Əgər çağırsaydı, Hafiz özü qaça-qaça gələrdi və heç bir kənar kömək olmadan federasiyamızın prezidentini özü tapardı!
Onu yığmamızın baş məşqçisi Əfsət Əfsətov 2001-ci ildə çağırıb. Hərçənd mən onu bu fikrindən daşındırmağa çalışırdım, deyirdim ki, Hafiz artıq “sıxılmış limondur” və yığmamıza heç bir kömək edə bilməyəcək, axı o vaxt onun artıq 34 yaşı var idi. Onun 2003-cü il Avropa çempionatındakı uğursuzluğu, harada ki, Süleymanov hətta mükafatçılar sırasına belə düşə bilmədi, mənim sözlərimin haqlı olduğunu sübut etdi".
@idman.biz İdman.Biz-in ağır atletika üzrə dünya çempionu və üçqat Avropa çempionu Hafiz Süleymanovla müsahibəsi idman ictimaiyyətində geniş rezonans doğurub. Ölkə yığmasının sabiq baş məşqçisi Vahid Nəzərov redaksiyamıza müraciət edərək keçmiş ağır atletin verdiyi bəzi açıqlamaların həqiqətə uyğun olmadığını bildirib. #idman #powerlifting #hafiz
♬ оригинальный звук - Idman və Biz
