Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Açıq Kubokunda mükafatçılar sırasına düşüb.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarışı üçüncü pillədə başa vurub.
Həsənov birdən qaldırma hərəkətində 130 kq ağırlığın öhdəsindən gəlib. Təkanla qaldırmada isə 160 kq nəticə göstərən atletimiz iki hərəkətin cəmində 290 kq toplayıb.
Bu nəticə Fuad Həsənova turnirin bürünc medalını qazandırıb.
