Azərbaycanlı idmançı Avropa çempionatında üç medal qazandı - FOTO

16 Oktyabr 2026 22:50
159
Azərbaycanlı idmançı Avropa çempionatında üç medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən 23 yaşadək idmançılar və yeniyetmələr arasında Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üç bürünc medal qazanıb.

İsmayılov birdənqaldırma hərəkətində 139 kq nəticə göstərərək üçüncü yeri tutub. Təkanlaqaldırmada isə 175 kq ağırlığın öhdəsindən gələn idmançımız daha bir bürünc medala sahib çıxıb.

İki hərəkətin cəmində 314 kq nəticə göstərən ağırlıqqaldıran Avropa çempionatının üçüncü bürünc medalını da əldə edib.

İdman.Biz