Ağırlıqqaldıranımız Rahilə Hüseynzadə Avropa birinciliyində üç medal qazanıb - FOTO

19 Oktyabr 2026 15:20
129
Ağırlıqqaldıranımız Rahilə Hüseynzadə Avropa birinciliyində üç medal qazanıb - FOTO

Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində iki gümüş və bir bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

Bildirilib ki, 86 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub. O, təkanla qaldırmada bürünc medala yiyələnib. İdmançı bu dəfə 115 kq nəticə göstərib. Beləliklə, iki hərəkətin cəmində 209 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.

İdmançıların mükafatlandırma mərasimində AAF-nin vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər üç idmançımız yarışı medallarla başa vurub. Buna qədər “körpücük” üzərinə çıxan Fuad Həsənov və Qasım İsmayılov da hərəyə üç medal qazanmışdıılar

Beləliklə, Azərbaycan atletləri qitəmiqyaslı yarışda ümumilikdə doqquz medal əldə ediblər.

İdman.Biz