“Qarabağ” klubunun keçmiş futbolçusu Juninyonun karyerasını Meksikada davam etdirəcəyi ilə bağlı məlumat vermişdik.
İdman.Biz xəbər verir ki, braziliyalı hücumçu yeni komandası olan “Pumas”da ilk məşqlərə qatılıb.
Komanda yoldaşları onu sevinclə qarşılayıblar.
Qeyd edək ki, Juninyo Vieyra peşəkar karyerasına 2015-ci ildə başlayıb və indiyədək 10 klubda çıxış edib. Braziliyalı futbolçu “Qarabağ”ın heyətində çıxış edərkən həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda göstərdiyi performansla diqqət çəkmişdi.
Transfermarkt portalında Juninyonun qiyməti 1.5 milyon avrodur (3 milyon AZN). O, Portuqaliyanın ikinci divizyon komandası olan "GD Chaves"də oynayarkən 600 min avro (1.2 milyon AZN) qiymətində olub. "Qarabağ"a transfer olunduqdan sonra isə oyun performası ilə bu qiymət 2 milyon avroyadək (4 milyon AZN) qalxıb.
