Azərbaycan Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlanıb

29 Oktyabr 2026 11:05
46
Azərbaycan Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlanıb

Futbol üzrə Misli Premyer Liqasında 10-cu turunun təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Tura “Turan Tovuz” - “Sabah” matçı ilə start veriləcək. Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək. Turun son oyunu olan “Sumqayıt” - “Şəfa” görüşü isə Nicat İsmayıllıya həvalə edilib.

Misli Premyer Liqası

Birinci dövrə, 10-cu tur
30 oktyabr (cümə)
18:30. “Turan Tovuz” - “Sabah”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu

31 oktyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” - “Zirə”

Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu

17:30. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu

1 noyabr (bazar)
15:00. “Şamaxı” - “Neftçi”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı şəhər stadionu

17:30. “Kəpəz” - “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Gəncə şəhər stadionu

2 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” - “Şəfa”

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
“SOCAR Polymer Arena”

İdman.Biz