Azərbaycan Kubokunda bu gün son iki 1/8 finalçı məlum olacaq

29 Oktyabr 2026 09:51
54
Azərbaycan Kubokunda bu gün son iki 1/8 finalçı məlum olacaq

Futbol üzrə Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun son günündə iki qarşılaşma keçiriləcək.

1/8 finala vəsiqə qazanacaq son iki komandanın adına saat 14:00-da başlayacaq “Xankəndi” - “Gəncəbasar” və “Zəngəzur” - “Karvan-Yevlax” oyunlarından sonra aydınlıq gələcək.

Azərbaycan Kuboku, ikinci təsnifat mərhələsi

29 oktyabr

14:00. “Xankəndi” - “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

14:00. “Zəngəzur” - “Karvan-Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu

Qeyd edək ki, raundun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Şimal”ı (6:0), “Marafon” “Zaqatala”nı (1:0), “Sumqayıt” “Kür-Araz”ı (11:0), “Qəbələ” “Mingəçevir”i (3:0), “Zirə” “Səbail”i (2:2, p. - 3:2), “İmişli” “Qaradağ Lökbatan”ı (4:1), “Şamaxı” “Hypers”i (5:1), “Şahdağ Qusar” MOİK-i (9:1), “Şəfa” “Ağstafa Gəncləri”ni (9:2), “Kəpəz” “Baku Sportinq”i (3:1) məğlub edib.

İdman.Biz