Robert Levandovski səkkizinci oyunda da qol vura bilmədi

29 Oktyabr 2026 10:21
57
Robert Levandovski səkkizinci oyunda da qol vura bilmədi

“Çikaqo Fayr”ın polşalı hücumçusu Robert Levandovskinin MLS-də qolsuz oyunlar seriyası davam edir.

İdman.Biz Polşanın “Przegląd Sportowy” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu ABŞ çempionatında ardıcıl səkkizinci matçda fərqlənə bilməyib.

“Çikaqo Fayr”ın “Orlando Siti” ilə 2:2 hesablı heç-heçə etdiyi qarşılaşmada Levandovski bir neçə qol imkanı əldə edib. Onun akrobatik zərbələrindən biri qapı dirəyinə tuş gəlib. Rəqib qapıçı da polşalı hücumçunun fərqlənməsinə imkan verməyib.

Oyundan sonra futbolçunun narazılığı diqqət çəkib. Polşalı jurnalist Daniel Boçionqa Levandovskinin çıxışını belə qiymətləndirib:

“Robert yenə qolsuz qaldı, amma bu dəfə bəxti gətirmədi. Qapıçının qurtarışları, dirəyə dəyən top və 0:2-dən geri dönüş”.

Qarşılaşmada “Orlando Siti”nin fransalı futbolçusu Antuan Qrizmann qol və məhsuldar ötürmə ilə yadda qalıb. “Çikaqo Fayr” isə fasiləyə 0:2 hesabı ilə geridə yollansa da, ikinci hissədə Bamba və Hayle-Selassienin qolları sayəsində məğlubiyyətdən xilas olub.

İdman.Biz