“El-Klasiko”nu buraxan Tibo Kurtua səhhəti barədə danışıb

29 Oktyabr 2026 11:48
30
“El-Klasiko”nu buraxan Tibo Kurtua səhhəti barədə danışıb

Madrid “Real”ının qapıçısı Tibo Kurtua yaxın vaxtlarda komandanın heyətinə qayıtmağa ümid edir.

İdman.Biz xəbər verir ki, təcrübəli qapıçının fikirlərini “Madrid Xtra” dərc edib.

Belçikalı qolkiper qrip səbəbindən İspaniya La Liqasının “Barselona”ya qarşı keçirilən son oyununu buraxıb. Onun bazar günü “Rasinq”lə qarşılaşmada iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Kurtua hazırkı vəziyyəti ilə bağlı danışıb: “İndi özümü xeyli yaxşı hiss edirəm. Formamı bərpa etmək üçün tədricən məşqlərə başlayıram. Bazar gününə qədər hələ vaxt var”, - deyə o, bildirib.

“Real”ın səfərdə “Rasinq”lə oyunu Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Qeyd edək ki, Joze Mourinyonun rəhbərlik etdiyi komandanın heyətində çıxış edən Kurtua cari mövsümdə 12 oyunda 14 qol buraxıb.

İdman.Biz
Məqalədə: