Juninyo “Pumas”a transfer olundu - VİDEO

Xəbərlər
21 Dekabr 2025 10:28
51
Juninyo “Pumas”a transfer olundu - VİDEO

“Qarabağ” klubunun keçmiş futbolçusu Juninyo karyerasını Meksikada davam etdirəcək.

İdman.Biz xəbər verir ki, braziliyalı hücumçu “Flamenqo”dan ayrılaraq Meksikanın “Pumas” klubu ilə rəsmi müqavilə imzalayıb və transfer klub tərəfindən açıqlanıb.

Onun təqdimatının gecikməsinə səbəb Rio de Janeyro klubunun FIFA Klublararası turnirdə çıxış etməsi olub. “Flamenqo”nun PSJ-yə məğlubiyyətindən sonra futbolçunun transferi rəsmən başa çatdırılıb.

Qeyd edək ki, Juninyo Vieyra peşəkar karyerasına 2015-ci ildə başlayıb və indiyədək 10 klubda çıxış edib. Braziliyalı futbolçu “Qarabağ”ın heyətində çıxış edərkən həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda göstərdiyi performansla diqqət çəkmişdi.

İdman.Biz