“Bayer” evdə “Ştutqart”a böyük hesabla uduzub - YENİLƏNİB

Xəbərlər
10 Yanvar 2026 23:42
73
“Bayer” evdə “Ştutqart”a böyük hesabla uduzub

Almaniya Bundesliqa mövsümünün 16-cı turunda “Bayer” və “Ştutqart” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar Almaniyanın Leverkuzen şəhərindəki “BayArena”da oynayıblar. Qonaqlar 4:1 hesablı qələbə qazanıblar.

“Ştutqart”ın hücumçusu Ceymi Lyuelinq hesabı yeddinci dəqiqədə açıb. 29-cu dəqiqədə müdafiəçi Maksimilian Mittelştaedt penaltidən hesab arasındakı fərqi artırıb. Lyuelinq 45+1-ci dəqiqədə oyunda ikinci qolunu vurub. 45+2-ci dəqiqədə hücumçu Deniz Undav qonaqların dördüncü qoluna imza atıb. 66-cı dəqiqədə “Bayer”in müdafiəçisi Alexandro Qrimaldo penaltidən fərqi azaldıb.

21:33

Almaniya Bundesliqasının 16-cı turunda “Frayburq” evdə “Hamburq”u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, Vinçenzo Qrifonun (53-cü dəqiqə, penalti) və İqor Matanoviçin (83-cü dəqiqə) qolları ev sahiblərinin qələbəsini təmin edib. Qonaqların qolunu Luka Vuşkoviç vurub (49-cu dəqiqə).

“Hamburq” oyunun təxminən yarısını on nəfərlə keçirib, Daniel Elfadli 51-ci dəqiqədə ikinci sarı vərəqə alıb.

Paralel matçlarda “Union” “Mayns” ilə, “Haydenhaym” isə “Köln”lə heç-heçə edib – 2:2.

İdman.Biz