Azərbaycanın beynəlxalq dərəcəli hakimi CEV tərəfindən təyinat alıb

Xəbərlər
24 Noyabr 2025 13:25
37
Azərbaycanın beynəlxalq dərəcəli hakimi CEV tərəfindən təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.

F.Axundov qadın voleybolçular arasında Çelenc Kubokunda “Panionios” (Yunanıstan) və “CSM Korona” (Rumıniya) komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Matçda ikinci hakim kimi makedoniyalı Vlatka Ristovski fəaliyyət göstərəcək.

Qeyd edək ki, oyun noyabrın 25-də Yunanıstada keçiriləcək.

İdman.Biz