Misli Premyer Liqası: “Karvan-Yevlax” “Kəpəz” ilə üz-üzə

Xəbərlər
21 Noyabr 2025 09:08
38
Misli Premyer Liqası: “Karvan-Yevlax” “Kəpəz” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasının XII turunun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, tura Yevlaxda start veriləcək.

İlk oyunda “Karvan-Yevlax” “Kəpəz”i qəbul edəcək. “Karvan-Yevlax” klubu 5 xalla 11-ci, Gəncə təmsilçisi isə 3 xalla sonuncu pillədə qərarlaşıb.

Misli Premyer Liqası

II dövrə, XII tur

21 noyabr


14:00. “Karvan-Yevlax” - “Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

VAR: Rəşad Əhmədov.

AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Yevlax şəhər stadionu

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.

İdman.Biz