Misli Premyer Liqası: “Araz Naxçıvan” “Turan Tovuz” ilə üz-üzə

Xəbərlər
22 Noyabr 2025 09:10
28
Misli Premyer Liqası: “Araz Naxçıvan” “Turan Tovuz” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasının XII turunun növbəti oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun ikinci oyun gününə “Araz Naxçıvan” - “Turan Tovuz” oyunu ilə start veriləcək.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma saat 15:00-da başlayacaq. Tovuz klubu 22 xalla ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 19 xalla altıncı sıradadır.

Misli Premyer Liqası
II dövrə, XII tur
22 noyabr
15:00. “Araz-Naxçıvan” - “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“Liv Bona Dea Arena”

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı (2:1), “Qarabağ”ı isə “Sumqayıt”ı (4:2) məğlub edib.

İdman.Biz