La Liqa: “Valensiya” “Levante”ni minimal hesabla məğlub edib

Xəbərlər
22 Noyabr 2025 02:14
29
La Liqa: “Valensiya” “Levante”ni minimal hesabla məğlub edib

İspaniya La Liqasında13-cü turun “Valensiya” və “Levante” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Valensiyada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qolu Uqo Duro 79-cu dəqiqədə vurub.

Bu oyundan sonra “Valensiya” La Liqada 13 xalla 15-ci, “Levante” isə doqquz xalla 19-cu yerdədir.

Növbəti turda “Valensiya” 1 dekabrda “Rayo Valyekano” ilə səfərdə oynayacaq, “Levante” isə 29 noyabrda “Atletik Bilbao”nu qəbul edəcək.

İdman.Biz