UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”la Dortmund “Borussiya”sı arasında keçirilən oyun Özbəkistan mətbuatının da diqqətini çəkib.
İdman.Biz xəbər verir ki, Özbəkistanın One.uz nəşri Bakı klubunun və Özbəkistan millisinin yarımmüdafiəçisi Umarali Rahmonaliyevin çıxışı ilə bağlı xüsusi material dərc edib.
Özbəkistanlı jurnalistlər Rahmonaliyevin Almaniyanın aparıcı klublarından biri ilə qarşılaşmada “Sabah”ın start heyətində meydana çıxmasını xüsusi vurğulayıblar. Nəşrin məlumatına görə, yarımmüdafiəçi 81 dəqiqə ərzində meydanın mərkəzində mübarizə aparıb, daha sonra əvəzlənib.
Materialda “Sabah”ın güclü rəqibinə qarşı ciddi müqavimət göstərdiyi və görüşün gərgin mübarizə şəraitində keçdiyi də qeyd olunub.
Xatırladaq ki, Bakıda keçirilən qarşılaşma Dortmund təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Seru Girassi dubl edib, “Sabah”ın yeganə qolunu isə Aden Makkarti vurub.
