Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubunun yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda David Şvarqa ilə müqavilə imzalayıb. 36 yaşlı mütəxəssislə anlaşma 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub.
Şvarqa bu vəzifədə Tomaş Kaçmareki əvəzləyib.
Qeyd edək ki, “Rakuv” Polşa çempionatında 6 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.
