Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda “Qəbələ”ni qəbul edəcək “Araz-Naxçıvan”ın heyətində itki baş verib.
Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədovun İdman.Biz-ə verdiyi məlumata görə, mərkəz müdafiəçisi İssuf Paro qarşıdakı matçda meydana çıxa bilməyəcək.
Klub rəsmisi bildirib ki, futbolçu Misli Premyer Liqasının səkkizinci turunda “Sumqayıt”la keçirilən oyunda zədələnib.
Qeyd edək ki, “Araz-Naxçıvan” - “Qəbələ” görüşü oktyabrın 23-də keçiriləcək. Şamaxı şəhər stadionunda reallaşacaq görüşün start fiti 15:00-da səsləndiriləcək. “Araz-Naxçıvan” iki xalla turnir cədvəlinin 12-ci pilləsində yer alıb. Dörd xala malik “Qəbələ” isə 10-cudur.
