“Liverpul” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersonla maraqlanır.
İdman.Biz-in TEAMtalk-a istinadən məlumatına görə, oyunçunun özü “Mançester Yunayted”ə qoşulmaq və Ruben Amorimin rəhbərliyi altında çalışmaq istəyir.
Mənbəyə görə, 23 yaşlı futbolçu “qırmızı şeytanlar”ın əsas transfer hədəfidir. “Forest”" Anderson üçün 120 milyon funt sterlinq (136,8 milyon avro) tələb edir, lakin “qırmızı şeytanlar” 60 milyon funt sterlinq (68,4 milyon avro) məbləğində razılığa gələ biləcəklərinə əmindirlər.
Yarımmüdafiəçi 2024-cü ilin yayında “Nottingem Forest”ə “Nyukasl”dan keçib. Bu müddət ərzində Anderson bütün yarışlarda 56 oyunda iştirak edib, üç qol vurub və yeddi məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
