“Zirə” Antalyaya yollandı - FOTO

Xəbərlər
10 Yanvar 2026 12:40
65
“Zirə” Antalyaya yollandı - FOTO

“Zirə” qış təlim-məşq toplanışının ikinci hissəsini həyata keçirmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

İdman.Biz xəbər verir ki, Premyer Liqa təmsilçisi bu gün səhər saatlarında qardaş ölkəyə yola düşüb.

“Zirə”nin Antalya toplanışı yanvarın 17-dən davam edəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv üç yoxlama oyununda qüvvəsini sınayacaq. “Qartallar” yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

İdman.Biz