Türkiyə Superkubokunun final oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbağça” qarşılaşıb.
Halil Umut Melerin idarə etdiyi matçdan “sarı-qırmızılar” 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Qolları 28-ci dəqiqədə Matteo Genduzi və 48-ci dəqiqədə Ceyden Ostervolde vurublar.
10:20
Bu gün “Qalatasaray” və “Fənərbağça” arasında Türkiyə Superkubokunun final oyunu keçiriləcək.
İdman.Biz xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Final görüşünü FIFA referisi Halil Umut Meler idarə edəcək.
