“Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runi İngiltərə Kubokunun üçüncü turunda “Maklsfild Taun”ın “Kristal Palas” üzərində 2:1 hesablı qələbəsinə reaksiya verib.
İdman.Biz xəbər verir ki, Kubokun son qalibi “Kristal Palas” Ueynin kiçik qardaşı Con Runinin idarə etdiyi altıncı liqadakı ingilis komandası tərəfindən məğlubiyyətə uğradılıb.
“Kiçik qardaşımın qısa müddətdir menecer olduğunu nəzərə alsaq, belə uğur qazanması inanılmazdır. Onunla çox fəxr edirəm”, - Goal.com saytı Ueyn Runidən sitat gətirib.
Con Runi böyük qardaşı ilə birlikdə “Everton”un akademiyasında məşq edib, lakin heç vaxt Premyer Liqa oyununda iştirak etməyib.
Qeyd edək ki, bu, 1909-cu ildən bəri non-liqa klubunun (beşinci və ya daha aşağı liqa) İngiltərə Kubokunun qalibini məğlub etdiyi ilk haldır.
