Misir Afrika Millətlər Kubokunun yarımfinalına yüksəlib - VİDEO

Xəbərlər
11 Yanvar 2026 01:06
45
Misir Afrika Millətlər Kubokunun yarımfinalına yüksəlib

Misir və Kot-d'İvuar arasında Afrika Millətlər Kubokunun dörddəbir final oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun 3:2 hesabı ilə Misirin xeyrinə qurtarıb.

“Mançester Siti”nin və Misirin hücumçusu Ömər Marmuş hesabı dördüncü dəqiqədə açıb. Müdafiəçi Rami Rabia 32-ci dəqiqədə “fironlar”ın üstünlüyünü artırıb. 40-cı dəqiqədə Misirin müdafiəçisi Əhməd Əbul-Fetuh öz qapısına qol vurub. İkinci hissədə “Liverpul”un cinah oyunçusu Məhəmməd Salah 52-ci dəqiqədə qol vurub. 73-cü dəqiqədə Kot-d'İvuar ın müdafiəçisi Gela Due fərqi azaldıb.

Misir yarımfinalda Seneqalla qarşılaşacaq. Oyun 14 yanvarda keçiriləcək.

İdman.Biz