İspaniyada “Real Madrid”in xeyrinə verilən penalti qərarı səhv sayıldı

4 Noyabr 2026 20:53
30
İspaniyada “Real Madrid”in xeyrinə verilən penalti qərarı səhv sayıldı

İspaniya Hakimlər Texniki Komitəsi (CTA) La Liqanın 11-ci turunda “Real Madrid”in “Rasinq” üzərində 3:0 hesablı qələbə qazandığı oyunda təyin olunan penalti qərarını səhv hesab edib.

İdman.Biz “Cadena SER”ə istinadən xəbər verir ki, komitə həmin epizodda 11 metrlik cərimə zərbəsinin təyin olunması üçün əsas olmadığı qənaətinə gəlib.

“Bu, hakimin açıq-aşkar səhvidir. VAR müdaxilə etməli idi”, - deyə komitənin açıqlamasında bildirilib.

Qurumun qiymətləndirməsinə görə, “Rasinq”in futbolçusu Mateo Prati əlini “Real Madrid”in hücumçusu Kilian Mbappenin qarşısına uzatsa da, rəqibə penalti təyin edilməsinə əsas verəcək gücdə fiziki təsir göstərməyib.

Qeyd edək ki, qarşılaşma noyabrın 1-də keçirilib və Madrid klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz