Misli Premyer Liqası: “Zirə” “Qəbələ”yə qarşı

Xəbərlər
22 Noyabr 2025 09:20
22
Misli Premyer Liqası: “Zirə” “Qəbələ”yə qarşı

Bu gün Misli Premyer Liqasının XII turunun növbəti qarşılaşması Bakıda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Oyun saat 17:30-da başlayacaq. “Qartallar” 20 xalla 5-ci, qonaqlar 5 xalla 11-ci sıradadır.

Misli Premyer Liqası
II dövrə, XII tur
22 noyabr
17:30. “Zirə” - “Qəbələ”

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı (2:1), “Qarabağ”ı isə “Sumqayıt”ı (4:2) məğlub edib.

İdman.Biz

Məqalədə: