Misli Premyer Liqası: “Sumqayıt” “Qarabağ”a qarşı

Xəbərlər
21 Noyabr 2025 09:20
34
Misli Premyer Liqası: “Sumqayıt” “Qarabağ”a qarşı

Bu gün Misli Premyer Liqasının XII turunun ikinci oyunu “Sumqayıt”la “Qarabağ” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 19:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Fərid Hacıyev idarə edəcək.

“Sumqayıt” klubu 20 xalla beşinci, “Qarabağ” komandası isə 23 xalla birinci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XII tur
19:00. “Sumqayıt” - “Qarabağ”


Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.

İdman.Biz