Azərbaycan Yüksək Liqası: “Turan” “Gəncə”ni məğlub edib

Xəbərlər
21 Noyabr 2025 23:48
32
Azərbaycan Yüksək Liqası: “Turan” “Gəncə”ni məğlub edib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, son oyun günündə “Gəncə” “Turan”la oynayıb.

Gəncə İdman Sarayında keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun əvvəlki görüşlərində UNEC “Azərreyl”i, “DH Volley” isə “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz