Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura start veriləcək.
İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə bir görüş baş tutacaq.
“Milli Aviasiya Akademiyası” “Azərreyl”lə qarşılaşacaq.
Görüş “Milli Aviasiya Akademiyası”nın idman zalında, saat 17:00-da start götürəcək.
Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.
