İdmançılarımız Əbu-Dabidə iki qızıl medal qazandılar - FOTO

Xəbərlər
21 Noyabr 2025 12:21
47
İdmançılarımız Əbu-Dabidə iki qızıl medal qazandılar - FOTO

Əbu-Dabidə baş tutan ciu-citsu Dünya çempionatı iki idmançımız - Bağır Əliyev və Timur Simvol uğurlu nəticə göstərib.

İdman.Biz xəbər verir ki, sarı kəmər, 62 kq-a qədər yeniyetmələr kateqoriyasında mübarizə aparan Bağır Əliyev ardıcıl olaraq Qazaxıstanın iki ən güclü idmançısını, bir Ukrayna təmsilçisini və bir ərəb idmançısını məğlub edərək qızıl medal qazanıb.

Digər idmançı Timur Simvol da etibarlı çıxış edib. O, iki ukraynalı, bir qazax və bir ABŞ-li rəqibini məğlub edərək bütün döyüşlərdə tam üstünlük nümayiş etdirib və qızıl medal əldə edib.

İdman.Biz