Göygöl Olimpiya İdman Kompleksində “Gənclər evi” könüllüləri üçün 33-cü “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.
İdman.Biz xəbər verir ki, noyabrın yeddisindən doqquzunadək davam edən düşərgə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər nəsli” gənclər proqramı çərçivəsində baş tutub.
İştirakçılar üçün Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən hərbi-idman və praktiki hazırlıq məşğələləri təşkil olunub.
Gənclərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə “Azərbaycan və Zəfər tarixi” mövzusunda intellektual yarış da keçirilib.
Yarışda “İgidlər” komandası birinci, “Qartallar” ikinci, “Canavarlar” isə üçüncü yeri tutub.
