Çelenc Kuboku: “Xilasedici” növbəti mərhələyə yüksəlib - YENİLƏNİB + FOTO

20 Noyabr 2025 21:15
232
Çelenc Kuboku: “Xilasedici” növbəti mərhələyə yüksəlib - YENİLƏNİB + FOTO

Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi evdə Rumıniyanın “Styaua” klubu ilə qarşılaşıb.

Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün “qızıl set”ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran “Xilasedici” 1/16 finala yüksəlib.

Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq. İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.

09:33

Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxacaq.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi evdə Rumıniyanın “Styaua” klubu ilə qarşılaşacaq.

Görüş saat 18:00-da FHN-in idman zalında start götürəcək.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə “Xilasedici” rəqibinə 0:3 hesabı ilə uduzub.

İdman.Biz