VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Xəbərlər
21 Noyabr 2025 23:32
287
VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, mərasim Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.

Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.

Xatırladaq ki, yarışda 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komandamız Oyunları 59 medalla onuncu yerdə başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır.

Medal sıralamasında ilk yerdə Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) qərarlaşıb.

13:48

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsindən məlumat verilib.

Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyacaq.

Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.

İdman.Biz