Kriştianu Ronaldu 34,5 milyonluq villa tikdirib - FOTO

Xəbərlər
4 Yanvar 2026 19:44
63
Kriştianu Ronaldu 34,5 milyonluq villa tikdirib - FOTO

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu dəbdəbəli bir villanın tikintisini başa çatdırıb. Bu villa futbol karyerasını bitirdikdən sonra onun əsas yaşayış yeri olacaq.

İdman.Biz “Daily Star”a istinadən xəbər verir ki, malikanənin dəyəri təxminən 34,5 milyon avro (70 milyon AZN) təşkil edir.

Villa Lissabondan təxminən 30 mil aralıda yerləşən elit sahil kurort kompleksində yerləşir və artıq ölkənin ən böyük və ən bahalı şəxsi evlərindən biri hesab olunur. Səkkiz yataq otaqlı evin tikintisi üç ildən çox davam edib və bu yaxınlarda tam başa çatdırılıb.

Bildirilir ki, villanın inşası zamanı detallara xüsusi diqqət yetirilib. Evdə təmiz qızıldan hazırlanmış kranlar quraşdırılıb, İtaliya mərmərindən istifadə olunub, divarlar isə xüsusi olaraq Ronaldu və onun həyat yoldaşı Corcina Rodriges üçün hazırlanmış eksklüziv Louis Vuitton freskası ilə bəzədilib. Futbolçunun beş uşağı üçün ayrıca oyun zonası qurulub, iqamətgahın əsas üstünlüklərindən biri isə şəxsi özəl çimərlikdir.

Qeyd olunur ki, yeni villa Ronaldunun geniş daşınmaz əmlak portfelinin yalnız bir hissəsidir. Futbolçu həmçinin Lissabonda penthausun, Madeyrada hovuzları və futbol meydançası olan evin, Turində spa-kompleksi olan villanın və Nyu-Yorkda “Trump Tower”də mənzillərin sahibidir.

Portuqaliyalı ulduzun sərvətinin təxminən 1,6 milyard avroya (3,2 milyard AZN) çatdığı qiymətləndirilir.

İdman.Biz