Bakıda kartinqdə qəza: Yeniyetmə həlak oldu

Xəbərlər
5 Yanvar 2026 12:23
95
Bakıda kartinqdə qəza: Yeniyetmə həlak oldu

“Baku City Kartinq”də ölümlə nəticələnən faciəvi qəzanın baş verdiyi iddia olunur.

İdman.Biz Bakupost.az-a istinadla xəbər verir ki, məlumata görə, hadisə yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında baş verib.

Belə ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə o, hadisə yerində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı “Baku City Kartinq” rəsmi açıqlama verməyib.

İdman.Biz