Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib.
İdman.Biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Leyla Əliyevaya idman zalında yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, idman zalının tikintisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında başlanılıb.
Ümumi sahəsi 1115 kvadratmetr olan ikimərtəbəli idman zalında universal idman zalı, aerobika və rəqs, həmçinin trenajor zalları yaradılıb. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, voleybol və basketbol üzrə məşqlərin və yarışların keçirilməsi mümkün olacaq.
Kompleksin ərazisində açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi də inşa edilib.
İdman zalında məşqçilər və idmançılar üçün zəruri şərait yaradılıb.
